Cavab tarifləri istənilən vaxt dayandırıla bilər

ELAZ.İNFO xəbər verir ki, aprel ayının 9-da Avropa İttifaqına üzv ölkələr ABŞ-a qarşı cavab rüsumları barədə ümumi razılıq əldə ediblər. Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, “Aİ-yə üzv ölkələr Avropa Komissiyasının ABŞ-a qarşı cavab ticarət tədbirlərinin tətbiqi təklifini dəstəkləyir”.

Məlumatda qeyd olunur ki, Avropa Komissiyasının təklifi mart ayında ABŞ-ın Aİ-dən polad və alüminium idxalına rüsumlar tətbiq etmək qərarına cavab olaraq həyata keçirilib.

Məlumata əsasən, Aİ-nin cavab tədbirləri Avropa Komissiyasının daxili prosedurları başa çatdıqdan və icra aktı dərc edildikdən sonra qüvvəyə minəcəkdir.

Tariflərin tətbiq edilmə tarixi aprelin ayının 15-dən götürüləcək.

Avropa Komissiyası yaydığı bəyanatda onu da bildirir ki, ABŞ danışıqlardan “ədalətli və balanslaşdırılmış” nəticəyə razı olarsa, cavab tarifləri istənilən vaxt dayandırıla bilər.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights