ELAZ.İNFO, BAKI, 22.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Çameli ilçəsindən gələn qonaqlar Biləsuvar rayonunda olublar.
2022-ci ilin mayında Türkiyə Cümhuriyyəti Dənizli vilayətinin Çameli şəhəri ilə Biləsuvar rayonu arasında dostluq əlaqələrinin qurulması məqsədilə imzalanmış “Qardaşlaşmış şəhərlər” haqqında protokola əsasən bu gün Çamelili qonaqlarımız Biləsuvar rayonuna gəlib.
Qonaqlar öncə Heydər Əliyev parkında olaraq ulu öndərin abidəsini ziyarət edərək, əziz xatirəsini yad ediblər.
Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən rəsmi görüşdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Çameli kaymakamı Talha Tunahan Yıldırımın və Çameli bələdiyyəsinin sədri Cengiz Arslanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qübətov qonaqları salamlayaraq bu formatda qarşılıqlı görüşlərin iki qardaş xalq arasındakı əlaqələrin daha da inkişaf etməsinə xidmət göstərdiyini vurğulayıb.
Sevinc QASIMOVA