ELAZ.İNFO xəbər verir ki, İranın Afrikadakı casus şəbəkəsi çökdürüldü
İran hökuməti SEPAH-ın Qüds qüvvələrinin vasitəsilə Afrika ölkələrində də casus şəbəkəsini genişləndirməyə, siyasi-ideoloji təbliğatını artırmağa və təsir imkanlarını gücləndirməyə çalışır.
İran bundan əvvəl bunu Nigeriyada həyata keçirə, “Nigeriya İslam Hərəkatı” vasitəsilə bacara bilsə də, başqa Afrika ölkəsi olan Çad bunun qarşısını almağa, İranın casus şəbəkəsini dağıtmağa nail ola bilib.
Argentinanın “İnfobae” nəşrinin də yaydığı məlumata görə, Çad təhlükəsizlik qurumları SEPAH-ın Qüds qüvvələrinin iki casus və əməliyyat şəbəkəsini ifşa edib.
Nəşrin bildirdiyinə görə, İran hökuməti ilə əlaqəli olan iki terror şəbəkəsinin bir neçə üzvünün həbsi İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin və İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin Afrikada təxribat, casusluq üçün strukturlar yaratmaq fəaliyyətini ifşa və iflic edib. Məlumata görə, Tehran dini təsir, ideoloji təlim, hərbi dəstək və əməliyyat rəhbərliyinin kombinasiyası vasitəsilə ABŞ və İsrailin maraqlarına hücum etmək və Afrika hökumətlərini qeyri-sabitləşdirmək üçün şəbəkələr yaratmağa çalışır.
Aydan


