ELAZ.İNFO xəbər verir ki, 31 oktyabr Gəncəmizin fəxri, Qarabağ Qazisi, Dövlətini, Millətini sevən insan, Ali Baş Komandanına sadiq diplomat, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri, diplomat, hüquqşünas Rəşad Məmmədovun doğum günüdür.
Rəşad müəllimi təbrik edirəm, Allahdan can sağlığı, firavan həyat, cətin və şərəfli işində uğurlar, tezliklə inşallah Qələbə sevinci arzulayıram.
Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973-cü ildə Gəncə şəhərində anadan olub.
1990-1995 — Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
2002-2004 — G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib.
2017-2020 — Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.
1990-1992 — Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb.
1992-1994 — Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi botalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib.
1995-1996 — Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub
1996-2000 — Bakı Hərbi Prokurorunun köməkçisi
2000-2001 — Azərbaycan Respublikası Xariciİşlər Nazirliyi MDB idarəsində attaşe
2001-2006 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib.
2006-2008 — Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq Hüquqməsələləri şöbəsinin müdiri
2008-2010 — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib.
2010 — Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladəvə Səlahiyyətli Elçi diplomatik rütbəsi verilmişdir.
2010-2015 — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olmuşdur.
2015-ci ildən — Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilmişdir.
Rəşad Eynəddin oğlu Məmmədov ingilis və rus dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib (2019);
Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin Sərəncamı ilə “Qazaxıstanın müstəqilliyinin 25 illiyi” medalı (2018);
Qazaxıstan Prezidenti N. Nazarbayevin Sərəncamı ilə Qazaxıstan Xalqı Assambleyasının “Birlik” qızıl medalı;
“Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı (2019);
“Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı (2019);
“Qazaxıstan Respublikası Diplomatik Xidmət Orqanlarının 25 illiyi” xatirə medalı (2017);
Qazaxıstan Daxili İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığın inkişafındakı töhfəsinə görə” medalı;
TÜRKSOY-un “Türk dövlətlərinin müstəqilliklərinin 25 illiyi” medalı (2017);
Evlidir, üç övladı var.
Əli İBRAHİMOV
Hüquqşünas, Vəkil
