ELAZ.İNFO xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda dəhşətli qətl hadisəsi qeydə alınıb. Belə ki, İsgəndər Əliyev xüsusi amansızlıqla qətlə yetirilib.
Onu yaşadığı evdə yatdığı yerdə öldürərək, cəsədini hissələrə ayırıb, Ağsu rayonunda müxtəlif yerlərə tullayıblar. Cinayəti törədən Fazil Feyzullayev və Ülvi Abasov bu cinayət hadisəsini xüsusi planla həyata keçiriblər. Hadisə tamahkarlıq məsqədi ilə törədilib.
Məlumat üçün qeyd edək ki, hadisə hər üç şəxsin birgə kirayə yaşadığı mənzildə baş verib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Gülzar İSAYEVA