ELAZ.İNFO xəbər verir ki, Rusiya üçün Cənubi Qafqazda daha fotpost kimi davranmasına, təkbaşına hökmranlıq etmə meydan yoxdur. Vaşinqtonda keçirilən Amerika-Azərbaycan-Ermənistan sammiti digər aktorların proseslərə təsir etmək imkanlarının olduğunu göstərib.
Bu barədə Cənubi Qafqaz və Avrasiya üzrə siyasi analitik Simona Skottinin “Commonspace” nəşri üçün yazdığı məqalədə deyilir.
O qeyd edib ki, onilliklər boyu Rusiya Cənubi Qafqazın təhlükəsizlik sisteminin mərkəzində olub və heç bir sülh sazişi və ya böyük infrastruktur layihəsini Moskvanın iştirakı olmadan təsəvvür etmək mümkün deyildi.
“Regionda Rusiyanın təsir monopoliyası zəifləyir. Məhz bu fonda avqustun 8-də Vaşinqtonda sammit keçirilib. ABŞ Prezidenti Donald Tramp tərəfindən təşkil edilən Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü bir sıra irəliləyişlər gətirib: Bakı və İrəvan sülh sazişini paraflayıb, bu sazişin Ermənistan konstitusiyasına düzəlişlər edildikdən sonra imzalanacağı bildirilir; hər iki tərəf fəaliyyət göstərməyən ATƏT-in Minsk qrupunun buraxılmasına çağırıb və uzun müddət mübahisə edilən Zəngəzur dəhlizinə nəhayət yaşıl işıq yandırılıb.
N.B