Trampın xarici ölkələrdən pul qopartmaq fəndlərindən biri haqqında da yazım.
Biz görmüşdük ki, bir ölkə başqa ölkənin ərazisində öz hərbi bazasını yerləşdirəndə buna görə yerləşdiyi ölkəyə pul ödəyir. İllik məbləğ ölkələrarası sazişlə razılaşdırılır.
ABŞ-ın Cənubi Koreyada böyük bir hərbi bazası var. Orada ABŞ-ın 29 min nəfərlik hərbi kontingenti xidmət edir. ABŞ Cənubi.Koreyaya deyir ki, mən sizi Şimali Koreyadan qoruyuram, buna görə də Cənubi Koreya ona ildə $1 milyard ödəyir. Guya ABŞ ora öz marağına görə gəlməyib.
Amma məsələ bu da deyil. İndi Tramp Cənubi Koreyanın yeni prezidentinə deyir ki, bu məbləğ çox azdır. Siz bizə $10 milyard ödəməlisiniz! Ödəməsəniz, qoşunlarımı çıxardacam.
Necədir? Qiyməti bir dəfəyə 10 dəfə qaldırmaq!
Yaxşı alverdir, məncə. Yəni alver eləsən, 8 dəfəyə “endirməyə” yeri var.
Hələ üstəlik hərbi bazanın ərazisini də ABŞ-ın mülkiyyətinə verməyi tələb edir.
Asif ŞƏFƏQQƏTOV