-İran dağıldıqdan sonra Cənubi Azərbaycanın taleyi necə olacaq? Türkiyəyə, ya Azərbaycana birləşə bilər, yoxsa üçüncü variant…
İrana qarşı artan təzyiqlər fonunda, İranın parçalanması ehtimalı ilə Cənubi Azərbatcanın siyasi gələcəyi barədə müxtəlif fikirlər səslənir. Üç variant mümkün hesab edilir: Azərbaycan Respublikasına, ya Türkiyəyə birləşə bilər, yaxud ayrıca müstəqil dövlət kimi mövcud olacaq.
Əvvəla qeyd edim ki, Qərb, xristian dünyasının İranın parçalanmasına izn verəcəyi inandırıcı deyil. Bu İranın yaradılması səbəbi və tarixi missiyası yəni, İslam və türk dünyasına qarşı istifadə olunması ilə bağlıdır. İrana faktoru Qərb, xristian dünyası üçün əlverişli siyasi mühütün yaradılmasına xidmət edir və bu ölkəyə hələ ki, heç bir əhəmiyyəti zərbə endirilə bilməz. Artıq, ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla nüvə danışıqları prosesində İsrail İranı vurmayacaq. Onsuz da, bu nəticə elə əvvəldən də məlum idi.
Qaldı ki, Cənubi Azərbaycanın siyasi perespektivinə əlbəttə ki, əgər İran parçalanarsa, Cənubi Azərbaycanın istiqlalı da mütləq prosesdir. Əslində də, İranın vahid dövlət kimi mövcudluğu daha çox elə Cənubi Azərbaycanın davranışından asılıdır. Ancaq onun Azərbaycan Respublikasına birləşmə ehtimalı çox azdır. Əvvəla, Qərb, xristian dünyası daha böyük vahid Azərbaycanın yaranmasını öz milli maraqlarınıa, xristian sivilizasiyasına təhlükə hesab edir xüsusən də, Ermənistan və onun havadarları üzərində qələbədən sonra narahatçılıqları daha da artıb. Yəni, Azərbaycanın bütövləşməsi ilkin dövr üçün mümkün görünmür.
Cənubi Azərbaycanın Türkiyəyə birləşmə ehtimalı isə Azərbaycan Respublikasına birləşmə ehtimalından da çox azdır. Bu məsələdə sünni-şiə fərqliliyi və yanaşması da əsas şərtlərdəndir. Son zamanlarda, Osmanlı Sultan Səlimlə Azərbaycan Səfəfvi imperiyası hökmdarı Şah İsmayıl arasındakı çəkişmə, müharibənin dövrümüzdə nifaqa, qarşıdurmaya çevirmə cəhdləri də çox artıb. Demək, Sultann Səlim – Şah İsmayıl Cənubi Azərbaycanın Türkiyə ilə siyasi Birliyinin də əleyhinə istifadə oluna bilər. İlk hədəfdə isə, Sultan Səlim və Şah İsmayıl gündəmi, Azərbaycan və Türkiyə respublikaları və cəmiyyətlər arasında gərginlik yaratmaq, dərinləşdirmək niyyətinə xidmət edir.
Ancaq, İranın parçalanması tədbirdə, Cənubi Azərbaycanın müstəqil dövlət ehtimalı daha çoxdur. Cənubi Azərbaycanın istiqlalı Qərb, xristian dünyası üçün, onun Azərbaycana, yaxud Türkiyəyə birləşməyindənsə ayrı müstəqil dövlət kimi mövcudluğu məcburi məqbul variantdır. Sonrakı mərhələlərdə isə Azərbaycanın bütövləşməsi mümkündür.
Vüqar DADAŞOV