“Cənnət yuxusu” adlı bədii-sənədli filmin təqdimatı keçirilib

ELAZ.İNFO xəbər verir ki, Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayon ictimaiyyəti ilə yanaşı Mədəniyyət Nazirliyinin əməkdaşı Gunay Rəhimova, filmin rejissoru, əməkdar incəsənət xadimi ⁠Elxan Cəfər, quruluşçu rəssamı Səbuhi Atababayev, quruluşçu operatoru Ruslan Ağazadə, aktyorlar, əməkdar artist Elşən Rüstəmov, Mirsənan Kazımlı, Anar Almazov və “Azərbaycanfilm”-in direktor müavini Aydın Hacıyev də iştirak edib.
“Cənnət yuxusu” filmində Mirzə Qədim İrəvaninin Azərbaycan incəsənətinə verdiyi töhfələri və milli mədəniyyət tarixindəki mühüm rolunu təsvir edir. Ekran işində eyni zamanda Azərbaycanın İrəvan bölgəsindəki soydaşlarımızın Ermənistan ərazisindən deportasiyası da faktlar və arxiv materialları əsasında təqdim olunur.
Uğurlu ekran əsərinə görə filmin yaradıcı heyətini təbrik edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov kollektivə yeni-yeni uğurlar arzulayıb.
Təqdimat mərasimində çıxış edən filmin rejissoru, əməkdar incəsənət xadimi ⁠Elxan Cəfər filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Sevinc QASIMOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights