Cəbrayıl şəhərində salınacaq ikinci və üçüncü yaşayış komplekslərində 48 bina olacaq. Cəbrayıl şəhərində ikinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək.
ELAZ.İNFO APA-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva deyib.
Onun sözlərinə görə, binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq: “Kompleksdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq”.
