Cəzaçəkmə müəssisələrində narkotik və psixotrop maddələr aşkar olunub

ELAZ.İNFO, BAKI, 16.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Elaz.infonun  xidmətdən aldığı məlumatda bildirilir ki,həbs olunmuş şəxs Ramil Quliyevə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman narkotik və psixotrop maddələr aşkar olunub.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərin və vətəndaşların diqqətinə çatdırılır ki, qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb ola və müddətin artırılmasına gətirib çıxara bilər.

Faktla bağlı araşdırma aparılır.

Aydan ŞƏRBƏTOVA

Verified by MonsterInsights