ElAZ.İNFO xəbər verir ki, İtaliyanın Milan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında fiqurlu kankisürmə üzrə buzüstü rəqs yarışlarının ilk mərhələsi başa çatıb. Ritm rəqsindən sonra fransız dueti – Loranс Furnye-Bodri və Qiyom Cizeron cütlüyü zirvəyə yüksəlib.
Cəmi bir mövsümdür birgə çıxış etmələrinə baxmayaraq, fransız cütlüyü inanılmaz performans nümayiş etdirib: Hakim heyəti duetin çıxışını 90,18 balla qiymətləndirib. Madonna-nın “Vogue” mahnısının sədaları altında “waacking” elementləri ilə zəngin olan rəqs tamaşaçıları heyran qoyub. Yaşlı Qiyom Cizeron artıq olimpiya çempionudur (2022, Qabriela Papadakis ilə), lakin Furnye-Bodri ilə bu, onun ilk olimpiya sınağıdır.
Liderlər arasındakı xal fərqi çox azdır, bu da sabahkı finalı daha da gərgin edir. Fransa: Furnye-Bodri Cizeron – 90, ABŞ: Medison Çok / Evan Beyts – 89,72 (Cəmi 0,46 xal fərqlə) Kanada: Payper Gilles / Pol Puarye – 86,18 Fiqurlu kankisürənlər fevralın 11-də sərbəst proqramlarını təqdim edəcəklər. Məhz bu çıxışdan sonra 2026-cı il Milan Olimpiadasının buzüstü rəqs üzrə qalibləri bəlli olacaq. Hazırda ABŞ komandası bu yarışlarda qızıl medalın əsas favoriti hesab olunsa da, fransızların ritm rəqsindəki liderliyi bütün proqnozları alt-üst edib.
Ruslan MƏMMƏDOV