Site icon

Buz üstündə Fransız fırtınası

ElAZ.İNFO xəbər verir ki, İtaliyanın Milan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında fiqurlu kankisürmə üzrə buzüstü rəqs yarışlarının ilk mərhələsi başa çatıb. Ritm rəqsindən sonra fransız dueti – Loranс Furnye-BodriQiyom Cizeron cütlüyü zirvəyə yüksəlib.

Cəmi bir mövsümdür birgə çıxış etmələrinə baxmayaraq, fransız cütlüyü inanılmaz performans nümayiş etdirib: Hakim heyəti duetin çıxışını 90,18 balla qiymətləndirib. Madonna-nın “Vogue” mahnısının sədaları altında “waacking” elementləri ilə zəngin olan rəqs tamaşaçıları heyran qoyub. Yaşlı Qiyom Cizeron artıq olimpiya çempionudur (2022, Qabriela Papadakis ilə), lakin Furnye-Bodri ilə bu, onun ilk olimpiya sınağıdır.

Liderlər arasındakı xal fərqi çox azdır, bu da sabahkı finalı daha da gərgin edir. Fransa: Furnye-Bodri Cizeron – 90, ABŞ: Medison Çok / Evan Beyts – 89,72 (Cəmi 0,46 xal fərqlə) Kanada: Payper Gilles / Pol Puarye – 86,18 Fiqurlu kankisürənlər fevralın 11-də sərbəst proqramlarını təqdim edəcəklər. Məhz bu çıxışdan sonra 2026-cı il Milan Olimpiadasının buzüstü rəqs üzrə qalibləri bəlli olacaq. Hazırda ABŞ komandası bu yarışlarda qızıl medalın əsas favoriti hesab olunsa da, fransızların ritm rəqsindəki liderliyi bütün proqnozları alt-üst edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Exit mobile version