Bütün hallarda həkimə müraciət edilməlidir

Nəzərə almaq lazımdır ki, ürək xəstəlikləri hər zaman sinə ağrısı kimi klassik simptomlarla müşayət olunmur. Ürək xəstəliyində  ağrılar müxtəlif olur:

sürəkli ürəkdöyünmə, düzənsiz ürək ritmi, bayılma, ödəm, öskürək əlamətləri ilə ağrı formaları əzabverici, dözülməz,deşici, kəsici, sıxıcı, yandırıcı, bərk yad cismin əzməsi.

Çox zaman bu əlamətlərin bir neçəsi eyni xəstədə baş verə bilir.

Ağrıların lokalizasiyası da olduqca fərqli olur. Ağrılar adətən, ürəyin zirvə nahiyəsində olsalar da, körpücükaltı, parastenal, hətta döş sümüyünün arxasında da hiss edilə bilər. Xəstələrin bir çoxu ağrını ürəyin arxa proyeksiyasında, sol kürəkaltı və ya kürəkarası nahiyədə hiss edirlər. Ancaq sinədə, ürək nahiyəsində ağrıların rastgəlmə tezliyi 90% olur.

Ağrıların müddəti olduqca fərqli şəkildə müşahidə edilir. Bəzən bir neçə saniyə dəlib keçən ağrı, bəzən isə saatlarla göynədici, dartıcı, təzyiqlə sıxıcı ağrılar baş verir. Ağrılar bəzən tutma şəkilli də ola bilir. Ağrıların fiziki gərginliklə əlaqədar olması xüsusilə diqqət çəkicidir. Bütün hallarda həkimə müraciət edilməlidir.

Adilə VƏLİYEVA

Bizimlə oxuyun
Verified by MonsterInsights