Bura qədərmiş…

Bura qədərmiş… Amma heç kim bilmir ki, o “qədər” deyilən yerə çatmayan neçə dürüst niyyət, neçə kəsilməyən ümid, neçə yarımçıq qalmış zəhmət vardı. İnsanların gözündən qaçan, amma vicdanın yaxşı bildiyi o qədər çox şey…

Bəziləri üçün bir cümləlik “bura qədər” kifayətdir, çünki onların yükü yüngüldür. Amma o sözün arxasında daş kimi çəkisi olan insanlar var, susub davam edənlər, sınmadan dözənlər, heç kimə demədən vuruşanlar. Hər kəs sonu görür, amma heç kim yolun necə keçdiyini görmür.

Bura qədərmiş deyənlər çoxdur, amma bura qədər gəlmək üçün nə qədər qurban verildiyini anlayanlar azdır.

Əli İbrahimov

Bizimlə oxuyun
Verified by MonsterInsights