Bunların yanında Drakula mədəni adam kimi görünür

Uşaqları alıb-satan, öldürən, qanını içən, başlarına min cür ağlagəlməyən müsibətlər gətirən, bütün bunların fotosunu və videosunu çəkməkdən belə ehtiyat etməyən satanist yığını bütün dünyaya uşaq, qadın, hətta heyvan hüquqlarından, demokratiyadan, sivillikdən “dərs deyən”, nümunə göstərilən həmin Qərb elitasıdır.

Bunların yanında Drakula mədəni adam kimi görünür – o heç olmasa “mədəniyyət mücəssəməsi” maskası taxıb, dünyaya hüquq və əxlaq dərsi keçmirdi.

Əlbəttə, bunlar Qəzzada 30 mindən artıq uşağın öldürülməsinə, ondan daha çoxunun şikəst edilməsinə nəinki normal baxacaqlar, bunun baş verməsinə kömək edəcəklər, hələ bəlkə belə kadrlara baxıb həzz alacaqlar.

Epşteyn sənədləri o qədər çoxdur ki (bəlkə də bunlar bütün sənədlər deyil), onların təhlili illər çəkəcək… lakin bu qədər ağlasığmaz, dəhşətli cinayətlər qarşılığında heç kim həbs edilməyəcək! Ən yaxşı halda kimlərsə istefaya (istirahətə) göndəriləcək. Bəlkə xidmətçilərdən kimlərisə həbs etdilər.

…Və bu satanist yığını Ukrayna məmurlarının və ordusunun döyüş bölgəsində qoyub qaçdığı uşaq evlərindəki kimsəsiz uşaqları Rusiyanın himayəsinə götürdüyü üçün Putini və Mariya Lvova-Belovanı (uşaq hüquqları üzrə ombutsman) beynəlxalq cinayətkar elan edib, həbsinə order verdiriblər.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights