ELAZ.İNFO xəbər verir ki, 25 avqust gözəl insan, sadə dost, mərd və cəsarətli zabit, şəxsən tanıdığım qardaşımız, polkovnik-leytenant Ramil Səfərovun doğum günüdür.
Məlumat üçün bildirək ki, Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. Uşaqlıqdan hərbiçi olmaq arzusunda olub ve orta məktəbin 8-ci sinfini başa vurandan sonra 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Türkiyədə Quru Qoşunları Məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
Vətənə dönməyə 20 gün qalmış — fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
4 oktyabr 2009-cu ildə anası Nübar Səfərova vəfat edib.
Bəzi KİV-lər Ramil Səfərovun 2012-ci ilin oktyabrın əvvəlində ailə qurması barədə xəbər yaydılar. Ancaq atası Sahib Səfərov Ramilin evlənmə xəbərini qəti şəkildə təkzib etdi. 28 may 2014-cü ildə Ramil Səfərovun qız uşağı dünyaya gəldi.
Əli İBRAHİMOV
Hüquqşünas