Bizim əsas məqsədimiz tarixi torpaqlarımız hesabına yaradılmış “Ermənistan”ı zərərsizləşdirmək olmalıdır. Əslində “kim kimi?” problemi qarşıya qoyulmalı və həll edilməlidir! Çünki yaradıldığı gündən bu günədək torpaqlarımızın, millətimizin və dövlətimizin qəsdinə duran Ermənistan qüvvə və imkan tapdıqca öz çirkin niyyətini həyata keçirməyə cəhd edir və başımıza müsibətlər gətirir. Tarix və yaxın hadisələr bunun əyani sübutudur!
Bütün millətlərdə olduğu kimi, özünümühafizə instinktinə əməl edib təcavüzkarlıq və qəddarlıq edən düşmənə qarşı sərt mövqe tutub, onun burnunu ovmalıyıq! İndiki sivilizasiyalı bir dövrdə siyasətlə də bu işi görmək olar. Əgər Ermənistana silah daşınmasına dünya ölkələri tərəfindən “veto” qoyularsa, o öz qəsbkarlıq iddialarından daşına bilər və ya buna məcbur olar. Biz ilk növbədə buna nail olmalıyıq. Amma, Ermənistanın işğalçılıq niyyətindən əl çəkəcəyi, o qədər də, ağlabatan deyildir. Çünki onun bütün əhalisi (eləcə də, bütün dünyaya səpələnmiş ermənilər) “Böyük Ermənistan” yaratmaq ideologiyasıyla zəhərlənmişlər və bu zəhəri onların beynindən çıxarmaq çox müşkül işdir.
Burada, başqa bir amili də yada salmaq lazımdır: tarixən öz torpağı olmayan və vətənsiz yaşayan ermənilər həmişə qüdrətli imperiyalara sığınmış və bundan “bəhrələnmişlər”. Son iki əsrdə qüdrətli Rusiya İmperiyasına yapışan ermənilər onun zəiflədiyi bir vaxtda, ola bilsin ki, öz xislətlərinə uyğun olaraq ondan qopub daha qüdrətli Amerika Birləşmiş Ştatlarına yapışsınlar. Əgər belə olarsa, keçən əsrdə Rusiya tərəfindən Azərbaycan torpaqlarına toplanmış və burada süni “Ermənistan” yaratmış ermənilər bütünlüklə immiqrasiya edib Qafqazı tərk edə bilərlər və o zaman biz öz qonşularımızla dinc yanaşı yaşaya bilərik. Lakin bu amil də tarixi baxımdan bir o qədər inandırıcı deyildir və biz itlə dostluq edən çoban kimi həmişə çomağımızı hazır saxlamalıyıq. Məhz bu baxımdan da, milli məramımız Qafqaz evimizə sahib durmaq olmalıdır.
Əslində, Qafqaz oğuz ellərində Bütöv Azərbaycan Dövləti yaratmaq məramı milli ideologiyamızın əsası olmalıdır. Burada türk millətinin parçalanıb səpələnmiş qardaş xalqlarının birləşməsi və dənizlərin cəlbedici qüvvəsi bizi qeyrətə və cəsarətə çağırmalıdır.
Ağasəf İMRAN
İqtisadçı alim