ELAZ.İNFO xəbər verir ki, Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid kapitan Albert Aqarunovun doğum (25.04.1969-08.05.1992) günüdür. Azərbaycanı sevən yəhudi vətəndaşımız Şuşada ermənilərin işğalı zamanı döyüşən son əskərlərimizdən olmuş, həlak olan əsgərlərimizin üzərindən keçməməsi üçün tankdan düşərək sürücülərə yol göstərərkən şəhid olmuşdur. Bəzi müsəlman dövlətlər ermənilərə dəstək olarkən, bu yəhudi qardaşımız Azərbaycanımız üçün canından keçmişdir.
Allah rəhmət etsin!
Qəhrəmanlar unudulmur!
Aydan Şərbətova