ELAZ.İNFO xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son günlərdə paytaxta yağan güclü yağışlardan sonra yaranmış vəziyyəti dəyərləndirib.
O bildirib ki, “su basan ərazilərdəki infrastruktur bir zaman kişik evlərin var olduğu yükə hesablanıb. Hal-hazırda orada yüksəkmərtəbəli binalar tikildiyindən suötürücü qurğuların gücü çatmır. Bu vəziyyətilə ən azı iki il də qarşılaşa bilərik”.
Eldar Əzizov onu da bildirib ki, “müvəqqəti tədbir kimi güclü yağıntılar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib.
Onun sözlərinə görə, “bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azalda bilər”.
Aydan ŞƏRBƏTOVA