Bu uçuşlar Vətən torpaqlarına qayıdışın simvoludur

Bir zamanlar həsrəti ilə yanıb-tutuşduğumuz Qarabağa indi rahat, istədiyimiz zaman, istədiyimiz şəkildə gedə bilirik. İstər quru yolla, istərsə də hava nəqliyyatı yolu ilə. Artıq Füzuli səması açıq və aydındır.

ELAZ.İNFO xəbər verir ki, yurdumuzun bu dilbər guşəsinə -Füzuliyə müntəzəm şəkildə təyyarələr gedib-gəlir. Həftədə 2 dəfə həyata keçirilən reyslərin təşkilində məqsəd uzaq yolları yaxınlaşdırmaqdır.

Reklamında deyildiyi kimi, bu uçuşlar sadəcə bir səfər deyil – Vətən torpaqlarına qayıdışın simvoludur. Nə qədər gözəl səslənir. İllərlə həsrətində olduğumuz arzularımıza nəhayət ki, qovuşduq.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights