ELAZ.İNFO xəbər verir ki, Çin alimləri arılara nəzarət etmək üçün texnologiya hazırlayıblar. Alimlər həşəratları uzaqdan idarə etmək üçün miniatür sistem yaradıblar:
Sistemin texniki xarakteristikaları:
3 mikroiynəli 74 mq-lıq mikroçip;
Arının sinir sisteminə implantasiya;
Elektrik impulslarının həşəratın beyninə ötürülməsi.
Sınaq nəticələri:
Komandaların 90% dəqiqliklə icrası;
Uçuş trayektoriyasına tam nəzarət etmək imkanı.
Praktiki tətbiqi:
Kəşfiyyat əməliyyatlarının aparılması;
Çətin əlçatan yerlərdə axtarış işlərinin aparılması;
Qapalı ərazilərin monitorinqi.
Texnologiyanın üstünlükləri:
Dronlarla müqayisədə radarlarda görünməzlik;
Ətraf mühitdə təbii maskirovka;
İstismarının ucuzluğu.
Arını zəhərli iynə ilə təchiz edə bilsələr, bu texnologiya ideal terror silahı olacaq.
Sürü halında göndərildikdə isə onlar istənilən qoşunu çox ucuz yolla sıradan çıxara bilərlər.
Asif ŞƏFƏQQƏTOV