ELAZ.İNFO, BAKI, 02.05.2025.
Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun özünün sosial şəbəkə hesabında oxucularla bölüşdüyü bir paylaşım diqqətimi çəkdi və mən də buradan o paylaşıma öz fikrimi bildirmək istədim. Faiq bəyin hiddətlə qələmə aldığı fikri isə belə başlayırdı:
-“Biz Laçında Bəylik kəndinə Sus deyiriksə, Güləbird kəndinə Zabux deyən adamlarda niyə qəbahət axtaraq?”
-Tarixçi alimim olduqca haqlıdır. Toponimlərdə, oykonimlərdə, oronimlərdə, hidronimlərdə xalqımızın tarixi yatır. Bu tarixin neçə-neçə min illiklərlə yaşı var. Həmin yaş bütünlükdə ümumən bu coğrafiyada məskunlaşan bir xalqın, bir türk soyunun başa vurduğu illərin, qərinələrin yaşıdır.
Yer adlarının dəyişdirilməsi tarixə təcavüz etmək, onu məhv etmək deməkdir. Milli, mədəni irsi məhv etmək hüququnu isə xalq heç kimə vermir.
İlahə BAYINDIR