İranda minlərlə insan ədalətsizliyə, zorakılığa qarşı səsini ucaldır.
Küçələrə çıxan bu əhali iqtisadi çətinliklərə yanaşı, söz və vicdan azadlığının boğulmasına, qadınların təzyiq altında saxlanılmasına etiraz edirlər.
İqtisadi çətinliklərin əsil səbəbkarı molla rejimidir.
Əslində molla İran rejimi region ölkələri üçün ciddi təhdid mənbəyi kimi formalaşdırılmışdır.Lakin,sonradan nəzarətdən çıxaraq yaradanların özünə qarşı problemə çevrildi.
Bu sistem təməlindən milli zülm üzərində qurulmuşdur.
Sözardı: İran deyilən ölkədə yaşayan 35 milyondan çox azərbaycanlının milli, mədəni və dil hüquqlarını sistemli şəkildə tapdalayan bu rejim fars-molla ideologiyasına söykənərək şovinizm siyasəti yürüdür.
Bu siyasətin nəticəsi olaraq soydaşlarımız sıxışdırılır, onların milli kimliyi inkar edilir, Azərbaycan dilinin inkişafına və cəmiyyətdə aparıcı mövqeyə sahib olmasına imkan verilmir. Ana dilində təhsil hüququ faktiki olaraq qadağan edilib. 35 milyon azərbaycanlı hələ də fars dilində təhsil almağa məcbur edilir.
Tarix dəfələrlə sübut edib ki, ədalət geciksə də, mütləq qalib gəlir.
İnşallah, bu gün o gündür.
Natəvan Bəydili