Bu sırf diplomatiyadır

Bir dəfə Henry Kissinger’dən soruşurlar:

– Diplomatiya nədir?

– “Ooo, bu universal yəhudi metodudur, icazə verin misal üzərində izah edim. Siz Sibirdə bir kasıb oğlana Rokfellerin qızını almaq istəyirsiniz. Bunun üçün oğlandan soruşursunuz:

– Yəhudi qızla evlənmək istəyirsən?

– Nəyimə lazımdır, kəndimizdə qız doludur.

– Yox, o qız milyarder qızıdır!

– Onda bu hər şeyi dəyişir- mən razı!

Bundan sonra mən gedirəm İsveçrəyə, orada bank sahibi ilə görüşürəm deyirəm ki, sizə Sibirdən bir oğlan tapmışam, sırf sizin bankınıza prezident kimi yaraşan adamdır!

– Nəyimə lazımdır Sibirdən, burda insan yoxdur ki?

– Amma o Rofellerin kürəkənidir!

– Onda bu hər şeyi dəyişir. Gəlsin!

Sonra mən gedirəm Rokfellerin yanına. Deyirəm ki, sənə Sibirdən bir kürəkən tapmışam.

– Bizim ailə hamısı maliyyəçidir, Sibirdən olanı neynirəm.

– Elə o da İsveçrə bankının prezidentidir.

– Hə, onda bu vəziyyəti dəyişir. Və qızını çağırır.

– Qızım sənə maliyyəçi ər tapmışıq.

Qız isə: – Maliyyəçilər hamısı cılız və zəif olurlar, istəmirəm!

– Yox qızım bu Sibirdəndir, çox möhkəmdir.

Və qız razılaşır. Bax bu sırf diplomatiyadır.”

Henry Kissinger (1923-) ABŞ dövlət xadimi, Nobel sülh mükafatı laureatı (1973)

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights