Bu simptom ciddi xəstəliklərin əlaməti ola bilər


ELAZ.İNFO xəbər verir ki, sadə bir vəziyyət kimi görünən tərləmə bəzən ciddi xəstəliklərin əlaməti ola bilər.

Gecə tərləmələrinə çox vaxt diqqət yetirmirik. Bu əhəmiyyətli sağlamlıq problemlərinin əlaməti ola bilər.

Səhərlər yastıq üzlükləri və çarşafları isladacaq dərəcədə həddindən artıq tərləmənin sadə bir hal saymaq olmaz.

Yuxu pozğunluqları və bəzi dərmanlar gecə tərləmələrinə səbəb ola bilsə də, digər əsas səbəblər arasında leykemiya və limfoma kimi xərçənglər, vərəm və brusellyoz kimi yoluxucu xəstəliklər, həddindən artıq aşağı və ya yüksək qan şəkəri, hipertiroidizm, böyrəküstü vəzi şişləri, menopoz və digər hormonal dəyişikliklər daxildir.

Adilə VƏLİYEVA Pediator.

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights