Bu rolun ABŞ-a keçməsi Kremli məyus edib

Sergey Strokanın bu yazısı sanki birbaşa Kremlin özündə yazılıb. İlham Əliyev və Nikol Paşinyanın Vaşinqtonda sülh memorandumunu (sülh müqaviləsi yox a, məhz sülh memorandumu) imzalayacağı barədə yayılan xəbərlər Kremldə ciddi qısqanclıq doğurub.

Ona görə də “Kommersant” qəzetində “Cənubi Qafqaz kuratorunu dəyişir” başlıqlı çarəsizlik və həsəd dolu bir yazı dərc ediblər.

Bu başlıqdan da görünür ki, Rusiya əvvəllər Cənubi Qafqazda kurator, moderator olduğunu etiraf edir. Ancaq indi isə bu rolun ABŞ-a keçməsi Kremli məyus edib.

Bölgədə yeni siyasi reallıqların yaranması, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması, Zəngəzur dəhlizinin açılması üçün əlverişli ortamın yaranması və Cənubi Qafqazın ABŞ və Türkiyənin nəzarətinə keçməsi Kremlin bütün planlarını alt-üst edib. Putin Rusiyası hazırda nə edəcəyini bilmir.

(Yekaterinburq və Ayvazovski hadisələrinə qədər Azərbaycanla bağlı müsbət yazılar yazan, ancaq son günlər isə kursunu, mövqeyini dəyişən. S.Strokanın sözügedən məqaləsini rəy bölümündəki keçiddən oxuya bilərsiniz)

Bəybala Mirzəyev

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights