ELAZ.İNFO xəbər verir ki, Naxçıvanda fəaliyyət göstərən Surkit Holdinqin işçilərinə maaş yerinə vaxtı keçdiyinə görə satışdan çıxarılmış məhsullar verdiyi bildirilir. Bura əsasən holdinq daxilində fəaliyyət göstərən “Bizim Qida” MMC və “NP Petrol” yanacaq doldurma məntəqələrində çalışan işçilərin maaşı daxildir.
Bu barədə holdinq işçiləri məlumat veriblər.
İşçilərin sözlərinə görə, onlardan maaş yerinə ərzaq almaqla bağlı heç bir yazılı razılıq alınmayıb.
Onlar bildirirlər ki, bu qanunsuzluğa etiraz edənlər işdən çıxarılmaqla hədələnirlər.
Sözardı: Əmək Məcəlləsinin 174-cü maddəsinə əsasən, yalnız işçinin yazılı razılığı olduğu halda maaşın 50 faizinə kimi dəyərində natural ödənişə yol verir.
Natəvan BƏYDİLİ