Bu psixi pozuntuları olanlar orduya qəbul edilməyəcək

ELAZ.İNFO xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi mobilizasiya dövründə məhdud yararlı şəxslərin hərbi xidmətə qəbulu ilə bağlı qaydaları sərtləşdirir. Müdafiə naziri Andrey Belousov tərəfindən imzalanan yeni əmrə əsasən, müqaviləli xidmətə mane olan psixi pozuntuların və davranış pozğunluqlarının siyahısı genişləndirilib.

Yeni sənədə əsasən, aşağıdakı diaqnozları olan şəxslərin mobilizasiya zamanı orduya qəbulu qadağan edilir: Şizofreniya və xroniki sayıqlama pozuntuları; Təşviş, fobiya və obsessiv-kompulsiv pozuntular; Posttravmatik stress pozuntusu (PTSP); Psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan davranış pozğunluqları; Əqli gerilik və psixoloji inkişaf pozuntuları.

Bundan əlavə, Rusiya hökumətinin başçısı Mixail Mişustin tərəfindən imzalanan digər fərmanla hərbi xidmətə qəbul zamanı yoxlanılan narkotik maddələrin siyahısı da artırılıb. Artıq namizədlərin müayinəsi zamanı metamfetamin, sintetik katinonlar və benzodiazepinlərin izləri də xüsusi olaraq axtarılacaq.

Ekspertlər bu addımı ordunun keyfiyyət tərkibini qorumaq və döyüş meydanında psixoloji dayanıqlığı aşağı olan şəxslərin yarada biləcəyi riskləri minimuma endirmək cəhdi kimi qiymətləndirirlər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights