Bu planı hazırlayanlar hansı məqsəd üçün pul ayırdıqlarını çox yaxşı bilirdilər

ELAZ.İNFO xəbər verir ki, Corc Soros bu müsahibəsində qürurla bildirir ki, bütün Ukrayna “elitasını” Soros Fondu formalaşdırıb.

Soros müsahibəsində etiraf edir ki, onun 1990-cı ildə (SSRİ-nin dağılmasından 1 il əvvəl) təsis etdiyi “Açıq Cəmiyyət” Fondu Ukraynada tələbələrə təqaüdlərlə və “vətəndaş cəmiyyətinə” qrantlarla dəstək verib.

Artıq məlumdur ki, Sorosu milyarder edən MKİ olub. MKİ elə bir sistem yaratmalı idi ki, başqa ölkələrdə “inqilabları” ABŞ bir dövlət kimi maliyyələşdirməsin, bunu hansısa maliyyəçi “filantrop” milyarderin fondu, NED, USAID kimi guya demokratik məramlı humanitar təşkilatlar etsin.

Jurnalist:

-“Ukraynanın yeni hökuməti, yeni Ukrayna rəhbərliyi, bu qrupda tanıdığım hər kəs bu və ya digər şəkildə Fondun təsirinə məruz qalıb. Ya onların özləri, ya da onların həyat yoldaşları sizin fonddan təqaüd alıblar. Bu həqiqətən də diqqətəlayiq haldır.”

Soros:

-“Mənim üçün bütün bunları görmək əsl təcrübə idi. Əslində 25 il sonra bunun nə qədər böyük effekt verəcəyini mən dərk etmirdim, çünki o vaxt onlar tələbə idilər və 25 ildən sonra lider oldular.”

Əlbəttə, o, dərk etməyə bilərdi, bu planı hazırlayanlar isə hansı məqsəd üçün pul ayırdıqlarını çox yaxşı bilirdilər.

Sonra Soros əlavə edir ki, bütün postsovet regionuna o qədər təsir edib ki, keçmiş sovet imperiyası Sorosun imperiyasına çevrilib.

O, Ukraynada 2004-cü ildə Narıncı inqilabı və 2013-cü ildə Maydan etirazlarını da dəstəklədiyini (pulla, əlbəttə) etiraf edir.

“Açıq Cəmiyyət” fondu pozuculuq fəaliyyətinə görə çox ölkədə, o cümlədən Sorosun vətəni Macarıstanda qadağan olunsa da, Ukraynada indiyədək leqal fəaliyyət göstərir. Bu fondun maliyyələşdirdiyi QHT nümayəndələri səfərbərliyə cəlb olunmurlar.

Ukraynada həbsdə olan sabiq deputat Artyom Dimitrukun sözlərinə görə indiyədək Ukrayna nazirləri rəsmi maaşlarından əlavə fonddan 3-7 qat artıq paket alırlar. Bundan sonra o, sual verir ki, belə olduğu halda məmur kimə xidmət edəcək – dövlətinə, yoxsa fonda? Ritorik sualdır.

Nə qədər ki, Soros Fondu xarici ölkələrdə fəaliyyət göstərirdi, bu ABŞ hökumətini qane edirdi. Çünki Soros ultraqlobalistlərin layihəsidir və onların məqsədlərinə xidmət edir. Lakin Tramp hakimiyyətə gələndən sonra ultraqlobalistlər onunla mübarizəyə başladıqlarından, təbii ki, Fond da bu mübarizəyə qoşuldu. Buna görə də artıq Tramp Fondun fəaliyyətini araşdırmaq barədə müvafiq orqanlara göstəriş verib.

“Açıq Cəmiyyət” Fondu Azərbaycandan da çoxdan qovulub. Amma ölkəmizdə onun təqaüdü ilə təhsil almış çoxsaylı adamlar var, bəlkə də hansısa QHT-lər hələ də onun fondlarından qrantlar alırlar. Tramp belə fondların xaricdə qrant paylamasını da dayandırmaq istəyir.

Ukrayna Qərbin XXI əsrdə ən qiymətli, lakin ucuz başa gələn ən böyük müstəmləkə layihəsi idi. İndiki müharibə onu çox bahalaşdırdı. Onu itirməklə isə Qərb bütün hakimiyyətini itirəcək.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights