Düsmən kəsilən qüvvələr illərdir Azərbaycanda milli, etnik, dini qarşıdurma yaratmaq üçün min oyundan çıxdı. Bir qələt edə bilmədilər. Neçə gündür intellekt səviyyəsi məhəllədə qeybət etməyə çatanlar köçkün, qaçqın söhbəti ilə camaatı bir-birinə vurub.
Özü də bunun Azərbaycanda köçkün söhbəti sona çatanda qızışdırılmasını, bu hadisədə alətə çevrilən cəmiyyətin bəzi üzvlərinin naşılığını (bağışlayın, axmaqlığını) görəndə dəhşətə gəlirəm. Ki, bu adamlar Neandertal intellektində belə deyillər.
Süni intellekt dövründə, qloballaşan dünyada hansısa qüvvələrin “dişovka”ları bu qədər adamı axmaq yerinə qoyub oynadır. Bunlar da bu cür axmaq vəziyyəti özlərinə komfort kimi qəbul edib oynayırlar.
Bu ölkənin qanunları var. Heç kim özbaşına deyil. Kimsə ağzına gələni danışırsa, bunu bu cür hay-küy salıb camaatı üz-üzə qoymaq lazımdır?
Rus, fars, erməni ara qatmaq üçün bu cür fürsətdən istifadə edir.
İntellekti, düşüncəsi olan şəxs məişət söhbətini şişirdib bölgələr arası nifaq həddinə gətirməz.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi