-“Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu ölkədə toxunulmazlıq dövrü bitib!”
ELAZ.İNFO-ya danışan hüquqşünas, vəkil Əli İbrahimov bildirib ki, “Kimin arxasında kim dayanır, hansı kresloda oturur, hansı adla, rütbə ilə gizlənir fərqi yoxdur. Riyakar, saxtakar, cinayətkar gec-tez rüsvay ediləcək, qanun qarşısında diz çökəcək!”
Hüquqşünas vurğulayıb ki, “bu torpaqda insanlara zülm edən, vəzifədən şəxsi mənfəət üçün istifadə edənlərin yeri kreslo deyil — məhkəmə zalı və həbsxanadır!”
Zalıma, zülmə qarşı çıxan Ə.İbrahimov əlavə edib ki, “Ədalət artıq susmur, dövlət artıq göz yummur! Bu sistemdə yalnız dürüst və xalqına, Dövlətə və Ali Baş Komandana sədaqətli insanlar qalacaq!”
Əli İBRAHİMOV
Hüquqşünas, Vəkil