Bu müstəqilliyi bizə bəxş edənlərə minnətdarıq

ELAZ.İNFO bildirir ki, tarixdə bu gün -10 aprel 1840-cı ildə parçalanmış, hissələrə bölünmüş Azərbaycan ərazisində Bakı, Qarabağ, Quba, Balakən, Yelizavetpol, Naxçıvan, Talış, Şəki və Şirvan qəzaları yaradılıb. Müstəqil bir xalqın dövlətçilik tarixinə qələm çəkilib, duman çöküb. Xalqı hissələrə bölünüb. Bir tərəfi farslara, digər tərəfi ruslara tabe edilən Azərbaycan xalqının budan sonra qara günləri başlanıb. Bir xalq iki taydan bir-birinə həsrətlə boylanıb. Bir hissəsi fars dili, fars hökmü ilə, digər hissəsi isə rus əmri ilə idarə olunub. Hər iki tayda boyunduruq altına düşən Azərbaycan xalqı müstəmləkə qanunları ilə idarə olunub.

Bu gün biz Şimali Azərbaycanın varisləri – Azərbaycan Respublikası adı altında yaşayırıq, hürriyyətimizi əldə etmişik, müstəqilik! Dünyanın 2000-dən çox xalqının yaşadığı bir aləmdə 200 dövlətdən biri olaraq, özünün bayrağı, gerbi, dili, qanunu, ən başlıcası müstəqilliyi olan bir ölkədə yaşamaq xoşbəxtliyi nəhayət ki, bizim də nəsibimiz olub. Bu müstəqilliyi bizə bəxş edənlərə minnətdarıq!

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights