Bu, mənim gerçək tariximizlə ilk canlı qarşılaşmam idi

Tarixin qutlu, işıqlı dönəmləri hər kəsin yaddaşında, xatirəsində bir ayrı cürə iz salır.

1918-ci ilin 15 sentyabrında nəinki Bakımızın, hətta bütün Azərbaycanımızın erməni daşnaklarının və rus bolşeviklərinin zülmündən Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən qurtarılması barədə ilk dəfə ötən əsrin 80-ci illərinin əvvəllərində orta məktəbdə hərbi hazırlıq müəllimimiz Rza müəllimdən eşitmişdim.

O vaxt bu cür mövzular yasaq idi. Tarix dərsliklərində də bu barədə açıq və qərəzsiz bilgilərə rast gəlmək mümkün deyildi. Çünki orta məktəblərdə mənfur sovet ideologiyası hakim idi.

Yadımdadır ki, Rza müəllim o vaxt böyük bir şükranlıq hissi ilə belə dedi: Türklər gəlib bizi xilas etdilər!

Bu, mənim gerçək tariximizlə ilk canlı qarşılaşmam idi.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights