Bu infeksiyada əhəmiyyətli artım var!

ELAZ.İNFO xəbər verir ki,Hovuzlarda və dənizdə üzməzdən əvvəl diqqətli olun. Dərinizdəki ən kiçik cızıqdan belə yoluxa bilərsiniz.

Gigiyenik olmayan hovuzların bakteriya, göbələk və parazitlərin yuvasıdır. Sərinlənməyə çalışarkən özünüzü xəstəxana yatağında tapa bilərsiniz. Çirkli suda üzmək ishal, qulaq və göz infeksiyaları, dəri göbələkləri kimi bir çox xəstəliyə səbəb ola bilər.

“QULAQ AĞRILARI İNFEKSİANIN İLK ƏLAMƏTİDİR”

 Hovuzlar xüsusilə isti havalarda bakteriya, göbələk və parazitlər üçün çoxalma meydanına çevrilir. Çirkli hovuzlarda üzmək ishal və qulaq infeksiyalarından tutmuş çəhrayı göz və dəri göbələklərinə qədər bir çox xəstəliklərə dəvət edir. Qulaq infeksiyaları yay aylarında ən çox rast gəlinən problemlərdən biridir. Hovuzdan çıxdıqdan sonra başlayan qulaq ağrıları bu kimi infeksiyaların ilk əlaməti ola bilər.” gecikmədən həkimə müraciət etmək lazımdır.

Adilə VƏLİYEVA Pediator.

Bizimlə oxuyun
Verified by MonsterInsights