Bu hadisə ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi

ELAZ.İNFO xəbər verir ki, 8 avqust 1991-ci ildə Nüvədi kəndi erməni quldur dəstələrinin hücumuna məruz qaldı. Yaxşı silahlanmış terrorçular döyüş texnikasının köməyilə kəndi viran qoydular. Hücum nəticəsində kənddə bir azərbaycanlı belə qala bilmədi. Bu hadisə ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi.

Qeyd edim ki, Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km. şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilib.

8 avqust 1991-ci ildə Nüvədi kəndi erməni quldur dəstələrinin hücumuna məruz qaldı. Yaxşı silahlanmış terrorçular döyüş texnikasının köməyilə kəndi viran qoydular. Hücum nəticəsində kənddə bir azərbaycanlı belə qala bilmədi. Bu hadisə ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi.

Bir məlumatı da çatdırım ki, Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km. şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilib.

Əli İBRAHİMOV

Hüquqşünas, vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights