Bu hadisə demokratiya tarixinin qaranlıq səhifələrindən biridir

ELAZ.İNFO xəbər verir ki, Türkiyə Cümhuriyyətinin 10-cu Baş naziri Adnan Menderes 17 sentyabr 1961-ci ildə Yassıada məhkəmələri nəticəsində edam edildi.

Yeri gəlmişkən bildirək ki, Türkiyənin siyasi tarixində dərin iz qoyan bu hadisə demokratiya tarixinin qaranlıq səhifələrindən biri hesab olunur.

Məhz onun rəhbərlik etdiyi hökumətin səyləri nəticəsində Türkiyədə məscidlərdə azanın təkrar ərəb dilində səslənməsinə nail olundu, türklərin həcc ziyarəti etməsinə icazə verildi, məktəblərdə din dərslərinin və ərəb dilinin tədrisi bərpa olunaraq 25 mindən çox Quran kursu açıldı, dövlətin hicab geyinən qadınların geyiminə müdaxilə etməsi təcrübəsi aradan qaldırıldı, əvvəlki hökumətlərin anbar kimi istifadə etdiyi məscidlər məscid statusuna qaytarılmaqla 10 minlərlə yeni məscid inşa edildi, xatiblər, din müəllmləri yetişdirilməsi məqsədilə Anadoluda 22 universitet açıldı, dini jurnallar və qəzetlərin dərcinə başlanıldı. Menderesin xarici siyasətindəki dəyişiklik də onun İslam dininə yaxınlığını büruzə verdi. İşğalçı siyasət yürüdən İsrailə qarşı müharibə aparan ərəb dövlətləri ilə yaxınlaşdı və hətta 1956-cı ildə İsrail səfirini ölkədən qovdu. Bu azmış kimi İsraildə istehsal olunan mallara senzura qoyulmasına nail oldu.

Hazırda Menderes tamamilə bəraət qazanıb. Adı universitetə, parklara və küçələrə verilib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights