Türkiyə yaxşı mənada bizi və hər kəsi heyrətləndirməyə davam edir.
Son vaxtlar biz bu qardaş ölkənin az qala hər gün hansısa yeni bir silahın istehsalına başlaması və ya sınaqdan çıxarması barədə davamlı xəbərlərə rast gəlirik.
Və budur, bu gün daha bir yeniliyin şahidi olduq.
Belə ki, dünyanın ən nüfuzlu müdafiə sərgiləri arasında özünəməxsus yer tutan, 50 ölkədən 1400-dən çox şirkətin, 99 ölkədən və beynəlxalq təşkilatlardan 120 mindən çox ziyarətçi və nümayəndə heyətlərinin iştirak etdiyi #IDEF2025 sərgisində bu gün Türkiyənin ilk hipersəs sürətə malik ballistik raketi təqdim edildi.
#Roketsan” şirkəti tərəfindən hazırlanan “Tayfun Block-4” ballistik raketi Türkiyənin ən uzaqmənzilli yerli istehsal ballistik raketi olan #Tayfun” raketinin hipersəs versiyasıdır.
Uzunluğu 10 metr, çəkisi isə 7.2 ton olan bu raketin IDEF sərgisində nümayiş etdirilməsi hər kəsin marağına səbəb olub.
Bir sıra göstəriciləri ilə rəqiblərini üstələyən “Tayfun” 3 min kilometrədək məsafədəki hədəfləri vurmaq qabiliyyinə malikdir.
Az məsafə deyil.
Türkiyənin uğurları bizi sevindirir.
P. S. Yeri gəlmişkən, IDEF sərgisində Azərbaycan nümayəndə heyəti də iştirak edir. İşğalçı Putin Rusiyasının ölkəmizə qarşı hədələrinin artdığı indiki kritik durumda Azərbaycan-Türkiyə hərbi birliyi ən etibarlı çəkindirici və sabitləşdirici güc faktorudur.
Bəybala MİRZƏYEV