ELAZ.İNFO xəbər verir ki, bu gün Gürcüstanın Mesxetiya bölgəsində yaşayan türklərin Sovet hökuməti tərəfindən sürgün edilməsinin ildönümüdür.
14 noyabr 1944-cü il tarixində Sovet imperiyasının qərarı ilə 212 kənddə yaşayan 100 minə qədər türk öz evlərindən zorla çıxarılmış, Qazaxıstan, Qırğızıstan və Özbəkistana sürgün edilmişdir.
Sürgün zamanı ağır şərtlər səbəbindən 50 minə qədər insan yollarda dünyasını dəyişmişdir.
Sürgün SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və daha 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur.
Aydan
