Bu gün hava necədir?

ELAZ.İNFO xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətiin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 27-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,  lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.

Bizimlə oxuyun
Verified by MonsterInsights