Bu gün hava necədir?

Bu gün Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Cənub-şərq küləyi əsəcək.

ELAZ.İNFO xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 21-26°, gündüz isə 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz isə 30-35% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 33-38° isti, dağlıq ərazilərdə gecə 13-18°, gündüz 20-25° isti olacaq.

Bizimlə oxuyun
Verified by MonsterInsights