Site icon

Bu gün hava necə olacaq?

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhərdən bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-26 dərəcə isti olacaq.

Bizi izləyin və paylaşın
Exit mobile version