Bu gün həmin gündür

ELAZ.İNFO xəbər verir ki,1991-ci il sentyabrın 8-də Azərbaycanda ılk prezident seçkiləri baş tutdu.

Həmin seçkilər Azərbaycanda baş tutan birinci Prezident seçkiləri oldu. Prezident seçkiləri “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Bəyannaməsinin qəbul edilməsindən 10 gün sonra baş tutdu. Seçkilərdə bir namizəd mübarizə apardı: Kommunist Partiyasının namizədi Ayaz Mütəllibov. O, səslərin 98,5 faiz səs topladı və Azərbaycan Prezidenti seçildi.
1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Bəyannaməsi qəbul edildi.
Daha sonra Azərbaycan SSR Ali Soveti tərəfindən 1991-ci il sentyabrın 8-də Azərbaycanda prezident seçkilərinin baş tutması barədə qərar qəbul edildi.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights