Bu gün gecə və gündüz bərabərliyi baş verəcək

ELAZ.İNFO xəbər verir ki, Azərbaycana payız fəsli qədəm qoyub. Sentyabrın 22-də yerli vaxtla saat 17:30-da gecə və gündüz bərabərliyi baş verəcək.

Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Məlumat üçün bildirək ki, qış fəsli isə ölkəmizə dekabrın 21-də saat 14:02-də qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights