ELAZ.İNFO xəbər verir ki, bu gün Beynəlxalq Tekvando Günü (International TaeKwonDo Day) kimi qeyd edilir.
Hər il qeyd olunan bu gün dünyanın ən geniş yayılan döyüş növlərindən biri olan tekvandonun güc, çeviklik, intizam və mənəvi dəyərlərə əsaslanan fəlsəfəsini təbliğ edir. Bu idman növü yalnız bədəni gücləndirmir, həm də insana hörmət, dözümlülük və özünəinam aşılayır.
Bu gün münasibətilə bütün idmançılara, məşqçilərə və tekvando sevərlərə uğurlar, qələbələr və möhkəm iradə arzulayırıq!
Əli İbrahimov