ELAZ.İNFO xəbər verir ki, BMT iyunun 23-nü “Beynəlxalq dul qadınlar günü” elan edib.
Birləşmiş Millətlər Təşkilatı həyat yoldaşlarını itirən milyonlarla qadının üzləşdiyi çətinliklərə diqqəti cəlb etmək məqsədi ilə iyunun 23-nü “Beynəlxalq dul qadınlar günü” elan etmişdir.
Dekabrın 21-də qəbul edilən qərar Qabon dövləti tərəfindən hazırlanmışdır. Qərarın qəbul edilməsi üçün xüsusi səy göstərən Qabon dövlətinin birinci xanımı Sylvia Bonqo dünyanın hər yerində olan dul qadınların bir çox ölkələrdə səslərini eşitdirmək imkanlarının olmadığını bildirmişdir.
Əli İBRAHİMOV