Bu gün Beynəlxalq Qadın Həkimlər Günüdür

ELAZ.İNFO xəbər verir ki, 3 fevral Beynəlxalq Qadın Həkimlər Günü (Women Physicians Day) kimi qeyd edilir.

Bu gün insan həyatının keşiyində dayanan, peşəkarlığı ilə yanaşı, mərhəməti, qayğısı və fədakarlığı ilə seçilən qadın həkimlərə həsr olunub.

Qadın həkimlər yalnız xəstələri müalicə etmir, həm də ümid verir, təsəlli verir, həyatlara toxunur. Onlar həm ağ xalatın məsuliyyətini, həm də qadın qəlbinin şəfqətini eyni anda daşıyırlar.

Bu əlamətdar gündə bütün qadın həkimlərə dərin təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı, tükənməz enerji və peşə fəaliyyətlərində uğurlar arzulayırıq. Sizin əməyiniz insanlıq üçün ən böyük xidmətlərdən biridir.

Əli İbrahimov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights