ELAZ.İNFO xəbər verir ki, 1 oktyabr – Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə bayramı günüdür.
Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır.
Əli İBRAHİMOV
Hüquqşünas, Vəkil