Bu gün əhalinin bütün seqmenti uçaq biletlərinin bahalığından şikayətçidir

ELAZ.İNFO

Bu gün əhalinin bütün seqmenti uçaq biletlərinin bahalığından şikayətçidir.Varlısı da, kasıbı da. Müqaisə edərkən bir biri ilə əlaqəsi omayan rəqəmlər yaranır.Bu qiymətlər nəyə əsasən çıxarılır bilmirsən,çünki heç bir xidmətin qiyməti o rəqəmləri haqq etmir.

Gəlin hələ bəyənmədiyimiz keçmiş günlərimizə səyahət edək.

1963-cü ildə Qaxdan hava reysi var idi – Şəkidən Qaxa 25 dəqiqəyə uçuş
1963-cü ildə indiki Şəki şəhərindən Qax rayonuna müntəzəm hava reysi fəaliyyət göstərib.
Arxiv sənədlərinə əsasən, Nuxa Ticarət Limanının 1963-cü il mayın 15-dən noyabrın 14-dək olan uçuş cədvəlində Qax istiqaməti rəsmi şəkildə yer alıb.
Cədvələ görə:
Marşrut: Nuxa – Qax
Təyyarə tipi: AN-2
Uçuş vaxtı: saat 09:35
Çatma vaxtı: saat 10:00
Uçuş müddəti: təxminən 25 dəqiqə
Biletin qiyməti: 3 manat
İqtisadi müqayisələrə görə, 1963-cü ildə ödənilən 3 manat bu günün pulla təxminən 25–35 AZN-ə bərabərdir. Bu da onu göstərir ki, həmin dövrdə Qax kimi bölgələrə hava nəqliyyatı dövlət tərəfindən subsidiyalaşdırılan və əhali üçün əlçatan bir xidmət olub.
Həmin illərdə sərnişinlər 5 kiloqrama qədər yükü pulsuz daşıya bilir, 12 yaşına qədər uşaqlar üçün isə 50 faiz güzəşt tətbiq olunurdu.
Bu fakt o dovrdə Qax rayonunun hava nəqliyyatı şəbəkəsinə daxil olduğunu və qısa məsafələr üçün belə aviasiyadan aktiv istifadə edildiyini göstərir. Bu gün artıq fəaliyyət göstərməyən həmin marşrut bölgənin nəqliyyat tarixində maraqlı və az bilinən bir səhifə hesab olunur.

Mən diqqətinizə çatdırmaq istəyirəm ki 1997 -ci ilə kimi Bakı-Şəki reysindən mən də mütamadi istifadə etmişəm. Bugünkü qiymət siyasəti və sərnişinlərə sayqısızlıq elə haddədır ki,nəinki onları düşünmək ,heç onları adam yerinə qoyan yoxdur.

Natəvan Bəydili

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights