Bu gün ədalətin bayramıdır

Ədliyyə qanunun nəfəs aldığı, ədalətin ucaldığı, haqqın öz sözünü dediyi müqəddəs bir ocaqdır. Bu ocağın keşikçiləri isə gecəsini-gündüzünə qataraq dövlətçilik yolunda xidmət edən, hər bir qərarı ilə cəmiyyətin taleyinə toxunan şərəfli Ədliyyə işçiləridir.

Bu gün yalnız bir peşə bayramı deyil, bu gün ədalətin bayramıdır. Qaranlıqdan işıq doğuran, haqsızlığı qanunla əvəz edən, insanları qoruyan və dövlətin dayağı olan ədliyyə işçilərinin əziz günüdür. Onlar cəmiyyətin sükutda gedən qəhrəmanlarıdır, səs-küysüz, nümayişsiz, təmənnasız xidmət göstərən, yalnız vicdanın əmri ilə hərəkət edən hüquq savaşçılarıdır.

Ədliyyə işçilərinin çətin, məsuliyyətli və eyni zamanda şərəfli missiyası var, insanları ədalətə inandırmaq, qanunun aliliyini təmin etmək, cəmiyyətin sabitliyini qorumaq. Bu missiya güclü iradə, sarsılmaz prinsipiallıq və dövlətə sədaqət tələb edir. Məhz bu keyfiyyətlərə sahib olmaq isə hər kəsə nəsib olmur, yalnız seçilənlərə, yalnız vicdanı ilə yaşayanlara, yalnız dövlətinə bağlı insanlara.

Bu gün ədalət yolunda çalışan bütün Ədliyyə işçilərinin qarşısında hörmətlə baş əyirəm.

Siz:

– dövlətçiliyin sütununu möhkəmləndirən,

– cəmiyyətin etimadını qoruyan,

– haqqın yanında durmağı şərəf bilən,

– 107 illik qürur dolu tarixi daşıyan böyük bir sistemin təmsilçilərisiniz.

Hər birinizin xidməti Vətən üçün bir qiymətdir, millət üçün bir gücdür, dövlət üçün bir dayağıdır.

Bu müqəddəs peşə gününüz mübarək olsun! Qoy ədalət yolunda atdığınız hər addım xeyirə, dövlətə xidmətiniz isə hər zaman ucalığa aparsın. Sizin kimi vicdanlı, prinsipial və məsuliyyətli insanlara ölkəmizin hər dönəmdə ehtiyacı var.

Bayramınız mübarək, Ədliyyə ailəsinin şərəfli və ləyaqətli üzvləri!

Əli İbrahimov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights